MBA Qəbul Proqramı, İxtisaslar və Universitetlər

MBA qəbul proqramı (56 -cı proqram), MBA təhsili verən Universitetlər və İxtisaslar

Magistraturanın ikinci mərhələsində MBA (Master of Business Administration) istiqaməti seçən bakalavrlar üçün QƏBUL PROQRAMI (56-cı proqram):

1. Riyaziyyat

1.1. Natural ədədlər
1.2. Adi və Onluq kəsrlər
1.3. Həqiqi ədədlər
1.4. Nisbət. Tənasüb. Faiz
1.5. Tam cəbri ifadələr. Rasional kəsrlər
1.6. Kvadrat köklər. Rasional üstü qüvvət
1.7. Birdəyişənli tənliklər və tənlik qurmaqla məsələ həlli
1.8. Tənliklər sistemi
1.9. Bərabərsizliklər
1.10. Ədədi ardıcıllıqlar. Silsilələr
1.11. Funksiyalar və qrafiklər
1.12. Funksiyanın törəməsi və onun tətbiqi
1.13. Çoxluqlar. Kombinatorika və ehtimal nəzəriyyəsinin elementləri


1.14. Ən sadə həndəsi fiqurlar
1.15. Koordinatlar üsulu
1.16. Vektorlar
1.17. Çevrə və dairə
1.18. Üçbucaqlar
1.19. Düzbucaqlı və çoxbucaqlılar
1.20. Fiqurların sahəsi
1.21. Fəza fiqurları. Onların səthi və həcmi

2. Verilənlərin təhlili və kafiliyi (GMAT - Graduate Management Admission Test )

2.1. Şərtlərin təhlili və məsələnin həlli üçün grəkli şərtlərin seçilməsi
2.2. Ədədi, qrafiki və cədvəl formasında verilənlərin təhlili
2.3. Verilən məlumatların məsələnin həllinə kifayət edib etədiyinin müəyyənləşdirilməsi.

Qeyd: yuxarıdakı qəbul proqramı TQDK -nın 2015 -ci il üçün nəzərdə tutduğu "Qəbul Proqramına" əsasən hazırlanmışdır.


MBA üzrə təhsil verən Universitetlər əsasən aşağıdakılardır:

- Azərbaycan Dövlət İqdisad Universiteti

- Azərbaycan Dövlət Neft və Sənaye Akademiyası

- Qafqaz Universiteti

- Xəzər Universiteti

- Odlar Yurdu Universiteti

- Azərbaycan Universiteti

- Qərb Universiteti

- Gəncə şəhər Aqrar Universiteti


MBA Təhsili almaq istəyənlər üçün aşağıdakı ixtisaslar nəzərdə tutulub:


- Marketinq

- Maliyyə

- Biznesin Təşkili

- Biznesin İdarə Edilməsi

- Menecment

- Qiymətli kağızlar

- Bank işi və s.


Qeyd edim ki, MBA üzrə ixtisasların siyahısı və Universitetlərin sayı bu il üçün arta bilər, yuxarıda qeyd edilənlər keçən ilki məlumatlardır.

MBA istiqamətini seçmək istəyən bakalavrlar I mərhələdən ən azı 45 bal ( məntiq minimal - 15, informatika - 5, xarici dil - 5 bal olmaqla), II mərhələdən isə 20 bal toplamalıdır. Ümumilikdə minimal keçid balı 65 olsa da ixtisaslar üzrə keçid balları cari il üçün müsabiqə şərtlərindən asılı olaraq dəyişir. 
MBA üzrə yaxşı bir ixtisasa daxil ola bilmək üçün Siz birinci və ikinci mərhələdən ümumilikdə (təxmini) 85 -110 bal toplamalısınız.

Yaxın vaxtlarda www.elm-info.com -da MBA üzrə hazırlaşanlar üçün Video Dərslər yerləşdiriləcək.

Yazının Sizə faydalı olacağını ümid edirəm.
Hörmətlə: Sübhan Musayev

Hiç yorum yok:

Yorum Gönder