MBA (Master of Business Administration) nədir?

Magistraturaya hazırlaşanlar üçün MBA haqqında məlumat



MBA (Master of Business Administration) – menecmentdə (idarəetmədə) ixtisas dərəcəsidir. Bu ixtisas dərəcəsini magistraturaya qəbul imtahanı (I mərhələ) zamanı minimal nəticəni göstərən hər hansı bakalavr ixtisasından asılı olmayaraq seçə bilər. Bütün dünyada geniş yayılmış MBA proqramı son illərdə Ölkəmizdə də diqqət mərkəzindədir və hər keçən il bu sahəyə maraq artır.

Bir çox tələbələrin MBA istiqamətini seçməsinin əsas səbəbi, öz ixtisaslarından başqa, əlavə ixtisasa da yiyələnmək istəyidir. Belə ki, MBA ixtisas dərəcəsi biznesin bir sıra sahələrində işləmək üçün (marketinq, maliyyə, menecment və s.) güclü bir silah sayılır.

MBA üzrə təhsil almaq istəyən tələbələr birinci mərhələdə digər bakalavrlarla birgə Məntiq, İnformatika və Xarici dildən imtahan verməlidir. İkinci mərhələdə isə suallar Riyaziyyat və GMAT (Graduate Management Admission Test) üzrə olacaq. GMAT sualları verilənlərin təhlili və kafiliyinin müəyyən edilməsi, şərtlərin yetərli olub olmamasının müəyyən olunması üzərində qurulur.


Yaxın vaxtlarda MBA proqramına hazırlaşanlar üçün VideoDərslər və bir sıra digər məlumatlar da www.elm-info.com -da yerləşdiriləcək...


Yazının Sizə faydalı olacağını ümid edirəm.

Hörmətlə: Sübhan Musayev

4 yorum:

  1. Salam. Mən ingiliscə MBA seçmək istəyirəm. Buna görə birinci mərhələdə nə qədər yazmalıyam i gilis dilindən?

    YanıtlaSil
    Yanıtlar
    1. Salam
      MBA üzrə ingilis dilli təhsil almaq üçün minimal 15 düz cavab olmalıdır (bu keçən ilki qaydadır, yəqin ki bu il də eyni olacaq)

      Sil
  2. Salam zehmet olmasa cavablandirardiniz MBA qebul olmaq ucun umumilikde 85-90 balla kenarda qalmaq olar?birdeki 2015 ci ilde MBA uzre en asagi bal zehmet olmasa nece olub azerbaycan dilinde tehsil almaq ucun xahis edirem

    YanıtlaSil
    Yanıtlar
    1. Salam
      Əvvəlki il üçün 95 kifayət edirdi, amma hər şey müsabiqədən asılı olaraq dəyişə bilər təbbi ki. ADİU -də MBA üçün 100 balı keçmək şərtdir, digərlərində nisbətən az ola bilir

      Sil