DPI, PPM, LPI, PPI - müxtəlif keyfiyyət göstəriciləri


DPI (Dots Per Inch - inch-dəki nöqtə sayı)


Müasir printerlərin çap keyfiyyəti DPI ilə ölçülür. Bu ölçü vahidi 1 inchdə yerləşən nöqtələrin sayı ilə təyin edilir. Hazırda A4 vərəq üçün nəzərdə tutulan printerlərin çap keyfiyyəti adətən 300 DPI, 600 DPI və ya 1200 DPI olur. Aydın məsələdir ki, 1 inch-də yerləşən nöqtələrin sayı nə qədər çox olarsa, printerin də çap etdiyi yazılar, şəkillər bir o qədər keyfiyyətli görünər. Aşağıdakı şəkildə A4 vərəq çapı üçün nəzərdə tutulmuş printerin çap keyfiyyəti, çap sürəti (PPM) və s. göstəriciləri verilmişdir:



PPM (Pages Per Minute - dəqiqədəki vərəq sayı)

Printerlərin digər vacib göstəricilərindən biri də çap sürətidir. Printerin çap sürəti onun bir dəqiqə ərzində çap edə bildiyi vərəqlərin sayı ilə təyin olur. A4 vərəqlərin çapı üçün nəzərdə tutulan müasir ağ-qara lazer printerlərinın çap sürəti 15 -25 PPM arasıda dəyişir. Adətən rəngli printerlərin sürəti daha az olur. Rəngli printerlərdə təsfirin yaradılması üçün maye şəklindəki boyalardan, ağ -qara printerlərdə isə tonerdən (mürəkkəb tozu) istifadə edilir və təsfir çox kiçik toner dənəciklərinin vərəqə hopdurulması yolu ilə əldə edilir. 


LPI (Lines Per Inch - inch-dəki xətt sayı)

Daha keyfiyyətli çap qurğularının (pletterlərin) çap keyfiyyətini xarakterizə edən göstəricidir. Adətən, Corel Draw, Adobe Illustrator kimi vektor proqramlarda hazırlanmış keyfiyyətli təsvirlərin çapı üçün istifadə edilən xüsusi çap maşınlarının keyfiyyəti LPI ilə ölçülür. Belə qurğular adi printerlərdən fərqli olaraq təsfiri xətlər vasitəsi ilə yaradırlar. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, qrafiki planşetlərin də keyfiyyət göstəricisi olaraq LPI istifadə edilir.





PPI (Pixels Per Inch - inc-dəki piksel sayı)

Kompüter, televiziya, telefon kimi qurğuların manitorunun keyfiyyətini, həmçinin rəqəmsal fotokameraların, skanerlərin keyfiyyətini ölçmək üçün PPI -dən istifadə edilir. Bir inch-də yerləşən ekran nöqtələrinin (piksellərin) sayı nə qədər çox olarsa manitorda görüntü bir o qədər keyfiyyətli alınır. Müasir fotokameraların da əsas keyfiyyət göstəricisi hesab edilən PPI əvəzinə çox vaxt sadəcə piksel terminindən istifadə edilir. Təbbi ki, bu zaman nəzərdə tutulan anlayış PPI anlayışı ilə eynidir.

Qeyd: 1 inch = 2,54 sm



Yazının yararlı olamsı diləyi ilə: Sübhan Musayev

Hiç yorum yok:

Yorum Gönder